Di Mariya PSJ-dən rəsmən ayrıldı

21 May 2022 08:43

PSJ-nin futbolçusu Anhel Di Mariya Paris klubundan ayrılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi illə yolların ayrıldığı bildirilib.

Qeyd edək ki, Di Mariya 2015-ci ildən PSJ-də oynayırdı. O, bu müddət ərzində ümumilikdə 294 oyunda 91 qol vurub və 111 qolun ötürməsini verib. Futbolçunun azad agent kimi "Yuventus"a keçəcəyi gözlənilir.

Milli.Az