Dəməşqdə İsrailin hücumu dəf edilib

21 May 2022 07:25

Suriyanın hava hücumundan müdafiə sistemləri Dəməşq əyalətində İsrail silahlı qüvvələrinin hücumunu dəf edib və bir neçə İsrail raketini vurub.

Bu barədə Suriyanın "Al Ekhbariya" telekanalı bildirib.

Öz növbəsində, "Sham FM" radiostansiyası hücum nəticəsində Dəməşq hava limanı ərazisində yanğının baş verdiyini bildirib. Qeyd olunub ki, iki reys təxirə salınıb.

Milli.Az