Şimali Koreyada xəstələrin sayı 2,46 milyona çatıb

21 May 2022 07:15

Şimali Koreya hakimiyyəti son sutka ərzində ən azı 219 030 nəfərdə qızdırma əlamətləri aşkarlayıblar, aprelin sonundan bəri koronavirusun yayılması fonunda belə halların ümumi sayı 2,46 milyon nəfərdən çox olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Yonhap" agentliyi Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən bildirib.

Məlumata əsasən, qızdırma halları olan xəstələrin ümumi sayından 1,76 milyon nəfər sağalıb, 692 mini müalicə olunur. Son 24 saat ərzində 1 nəfər ölüb, bununla da ümumi ölənlərin sayı 66-ya çatıb.

Milli.Az