İsrailin Suriyaya hücumu: 3 ölü

21 May 2022 07:05

Suriyanın Dəməşq vilayətində İsrailin hücumu nəticəsində 3 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, İsrail Silahlı Qüvvələri "yer-yer" raketlərindən istifadə etməklə Dəməşqin cənubunda bir neçə məntəqəyə hücum edib.

Hücum nəticəsində 3 nəfərin həlak olduğu, müəyyən qədər maddi ziyan dəydiyi qeyd edilib.

Milli.Az