Fransa klubu türkiyəli hücumçu ilə vidalaşdı

20 May 2022 23:48

Fransanın "Lill" klubu türkiyəli hücumçusu Burak Yılmazla vidalaşıb. Milli.Az matc.az-a istinadən bildirir ki, barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransa klubu Türkiyə millisinin sabiq üzvünə xidmətlərinə görə təşəkkür edib.
 
Yılmaz 2020-ci ilin yayından "Lill"də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 72 matçda 25 qol vurub, bir dəfə Fransa çempionu, bir dəfə Fransa kubokunun qalibi olub.

Milli.Az