41 yaşlı kişi bıçaqlanıb

20 May 2022 21:54

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun "Dörd Yol" adlanan ərazisində qeydə alınıb.

Rayonun Posanlı kənd sakini, 1981-ci il təvəllüdlü Abbasov Qurban Vəli oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. 41 yaşlı kişinin hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az