İranda hərbi sursat daşıyan avtomobil yanıb

20 May 2022 21:27

Tehran yaxınlığında hərbi sursat daşıyan avtomobil yanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə paytaxt Tehranın Vəramin bölgəsində baş verib.

Böyük həcmdə silah-sursat daşıyan avtomobildə nasazlıq yarandığı üçün qəza baş verib və nəqliyyat vasitəsi alışıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin təfərrüatları açıqlanmır.

Milli.Az