Şuşada “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

20 May 2022 18:14

"MƏDƏNİYYƏTİN İQTİSADİYYATI: ŞUŞADAN İNKİŞAF İMPULSLARI"  Beynəlxalq elmi-praktik konfrans

Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində 2022-ci il sentyabr ayının 18-19-da "MƏDƏNİYYƏTİN İQTİSADİYYATI: ŞUŞADAN İNKİŞAF İMPULSLARI" mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcəkdir:

- Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı;

- Şuşada kreativ iqtisadiyyatın formalaşdırılması.

Təqdim olunmuş məruzələrin arasından Təşkilat komitəsi tərəfindən seçilmiş iştirakçılar Konfransa ayrıca dəvət alacaqlar.

Məruzələr Azərbaycan (türk), rus və ingilis dillərinin birində elektron formada təqdim olunmalı və aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

Məruzə mətninin strukturu aşağıdakı kimi tövsiyə olunur:

 

Məruzələr elektron formada 18 avqust 2022-ci il tarixinə kimi Təşkilat komitəsinin məsul katibi i.e.d. R.Sabirə ([email protected] ünvanına) göndərilməlidir.