İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək

20 May 2022 17:53

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçiriləcək.

Trend bu barədə Avropa İttifaqı Şurasına istinadən məlumat verir.

Qeyd olunur ki, Ş.Mişel, həmçinin ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bu, tərəflər arasında keçiriləcək üçüncü görüş olacaq. Brüsseldə əvvəlki görüşlər 2021-ci ilin dekabrında, ikinci görüş bu ilin aprelində baş tutub.

Milli.Az