“Borussiya” heyətini türkiyəli futbolçu ilə gücləndirib

20 May 2022 21:14

Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dortmund təmsilçisi "Köln"ün yarımmüdafiəçisi Salih Özcanı transfer edib. İyirmi dörd yaşlı futbolçu artıq yeni komandası üçün tibbi müayinədən keçib.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2020-ci ilin yayından "Köln"də çıxış edir.

Milli.Az