Peyvənd olunanların sayı açıqlanıb

20 May 2022 16:34

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 067 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 587, üç və daha çox doza vaksin vurduranların sayı 1 910, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 701 250, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 846 372, üç və daha çox doza vaksin vurduranların sayı 3 265 489, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 244 138 təşkil edir.

Milli.Az