Xarkova "Smerç", "Qasırğa" və "Qrad"lardan hücum edilib

20 May 2022 12:07

Son 24 saat ərzində Rusiya "Smerç", "Qasırğa" və "Qrad" çoxsaylı buraxılış raket sistemlərindən Kiyevin Xarkov rayonu, Saltovskaya, Alekseevka ərazilərini atəşə tutub.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bunu Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov deyib.

Onun sözlərinə görə, gecə saatlarında Dergaçidə fərdi yaşayış evinə mərmi düşüb, Malaya Danilovka kəndində isə Rusiyanın hücumundan sonra qaraj və avtomobil yanıb.

"Səhər saat 5 radələrində baytarlıq akademiyasının 7 qarajı yanıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb", - rəsmi bildirib.

Onun sözlərinə görə, səhər saatlarında mərmilərin atəşə tutulması nəticəsində Şevçenkovo qəsəbəsində 3 nəfər yaralanıb.

"Xarkov istiqamətində düşmən əsas səylərini zəbt etdiyi xətləri saxlamağa yönəldib. Əks-hücumlar həyata keçirməyə çalışır. Amma hücum nəticəsiz qalıb. PUA-lardan istifadə etməklə hava kəşfiyyatı aparır", - deyə Sinegubov bildirib.

Aslan Məmmədov
Milli.Az