KOBİA-da Litvanın assosiasiya sədri ilə görüş keçirilib

20 May 2022 11:02

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Litvanın Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyasının baş direktoru xanım Gedre Rajiskinee arasında görüş keçirilib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Litva Biznes Forumu çərçivəsində iki qurum arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumdan irəli gələn məsələlər müzakirə edilib.

Milli.Az