Xalq artisti Röya Ayxan xeyirxah addımı ilə diqqət çəkib.
Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, ötən gün estrada ulduzu Autizm Mərkəzində olub.
İfaçı orada autizmli uşaqlar və gənclərlə görüşüb. O, mərkəzlə tanış olub, uşaqların tədrisi ilə yaxından maraqlanıb. Xalq artisti onlarla birgə vaxt keçirib, mahnı oxuyub və rəqs ediblər.
Milli.Az