Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşüb

20 May 2022 10:48

Bakıda üç uşaq itkin düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə mayın 17-i paytaxtın Sabunçu rayonu Q.Vəzirov küçəsində qeydə alınıb.

14 yaşlı Salmanova Ramilə Mahir qızı, onun bacıları, 10 yaşlı Şəkərnaz və 7 yaşlı Xədicə oynamaq məqsədilə evin qarşısına çıxaraq, bir daha geri qayıtmayıblar.

Bu barədə onların anası M.Salmanova Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər üçü tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı həmin bölmədə araşdırma aparılır.

Milli.Az