"Deyirlər sən düz söz deyənsən, yalandan tərifləməzsən, eləsi var, az qalır desin ki..."

20 May 2022 20:15

"Zərif güclülər" adı altında artıq ikinci layihədir həyata keçiririk. İlk layihəmiz Azərbaycan Disaporuna Dəstək Fondu ilə birgə qardaş Türkiyədə gerçəkləşdi. Məqsəd qadınlarla maarifləndirmə işləri aparmaq, sosial vəziyyətlərini öyrənmək, problemləri ictimailəşdirmək, aidiyyatı qurumlara səsimizi çatdırmaqdır.  Təbii layihənin davamı da nəzərdə tutulub"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur aparıcı Rövşanə Ağasəfqızı deyib. R.Ağasəfqızı "Azəriqaz" İB ilə başlatdıqları layihədən söhbət açıb:

"Zərif güclülər" layihəsi məhz qadın problemlərinə yönəlik olduğu üçün düşündüm ki, qadınlar bütün sahələrdə problemlə üzləşə bilərlər. Xüsusən yaşlı, tənha, kimsəsiz qadınlar məni daha çox maraqlandırırdı. İlk layihəmizin çox maraqla qarşılanması və sosial şəbəkələrdə də haqqında kifayət qədər danışılması səbəbindən "Azəriqaz" İB ilə də işləmək qərarına gəldik. Mənə olunan təklifə təbii yox demədim.

İşim yalnız qadınlarladır. Gündə elə olur 4-5 evə gedirik. Bəzən kameranı görüb qapı açmaq istəmirlər. Amma məni görəndə üzlərdə təbəssüm yaranır. Deyirlər sən düz söz deyənsən, yalandan tərifləməzsən. Razılıq verirlər cəkilişə. Qadınlarla işləmək çətindir... Amma elə bilirlər hər şeyi bilirlər. Eləsi var az qalır desin qaz borusunu da özüm təmir etmişəm. Amma iş dərinə gedəndə görürsən çox şeydən xəbəri yoxdur. Əsas da giley limit məsələsidir. Bu məsələnin də "Azəriqaz"a aidiyyati yoxdur, amma "Azəriqaz"  o qədər yeniliklər edib ki, saysız hesabsızdır. 

Xəbərləri yoxdu çoxunun, hamı elə sayta girib baxmır inanın. Xüsusən qadınlar. Mətbəx moda səhifəsi deyil ki,  izləsinlər. Ona görə mənim öhdəmə düşən iş ilk növbədə maarifləndirmə, yeniliklərədən xəbərdar etməkdir. Məlumat çatdırmaqdır. Əyani olaraq özüm də öyrədə-öyrədə öyrənirəm. Niyə qadınlar? Çünki qaz ocaqdır, istilikdir. Evin ocağını, istiliyini qorumaq bineyi-qədimdən qadının  boynunun yüküdür. Ən vacib nüansdır. Yaddaşımıza bunu həkk edək.  Ocağa sayqızsızlıq çox böyük fəlakət gətirər. Faciənin qarşısını almaq öz əlimizdədir". 

Milli.Az