Tez-tez bahalı geyim tərzi ilə gündəmə gələn aktrisa Yasemin Özilhanın növbəti açıqlaması müzakirə yaradıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi lüks yaşam tərzinə gələn iradlardan danışıb.
"İndi tək mənim geyimlərim və aksesuarlarım bahalı deyil ki... Artıq hər şey - pendir də, süd də bahalıdır. Tək paltarlar yox. Həyat bahalıdır", - deyə Yasemin bildirib.
Milli.Az