Qadın ona təcavüz edən atasına qalib gəldi

20 May 2022 10:06

Britaniya əsilli avstraliyalı Ceni Heyns zorakılıqda ittiham olunan atası Riçard Heynsə qarşı məhkəmə prosesində qalib gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, zərərçəkənə 840 min dollar təzminat ödənilib.

Qadın dörd yaşından 11 yaşına qədər atası tərəfindən zorakılığa məruz qalıb. Nəticədə onda şəxsiyyət pozğunluğu inkişaf edib.

2009-cu ildə zərərçəkmiş atasından polisə şikayət edib. 2017-ci ildə kişi Böyük Britaniyadan Avstraliyaya ekstradisiya edilib və iki il sonra 74 yaşında 45 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra 52 yaşlı Heyns atasından ona dəydiyi zərərin əvəzini ödəməsini də xahiş edib. Onun sözlərinə görə, atasının amansız təhqirləri nəticəsində onun həyatı məhv olub. Hakim məhkumun zərərçəkənə 500.000 ABŞ dolları məbləğində ümumi dəymiş zərər, 100.000 ABŞ dolları ağırlaşdırılmış zərər və 240.000 ABŞ dolları faiz ödəyəcəyinə hökm verib. Bundan əlavə, kişi bütün hüquqi xərcləri də qarşılamalıdır.

Milli.Az