ABŞ-da Zelenski haqda ingiliscə komiks buraxılıb

20 May 2022 09:24

Amerikanın "TidalWave Productions" komiks nəşriyyatı Ukrayna Prezidenti Volodimir Zelenski haqqında ingilis dilində komiks nəşr etdiyini elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "TidalWave" siyasi aparıcı qüvvələrin nümayəndələrinin əks olunduğu məşhur komiks seriyasına Volodimir Zelenskinin tərcümeyi-halının əlavə olunduğunu elan etməkdən qürur duyur", - deyə studiyanın saytında bildirilir.

Qeyd olunur ki, komikslərin satışından əldə olunan vəsaitin bir hissəsi Beynəlxalq Qızıl Xaç Komitəsinə veriləcək.

22 səhifəlik komiks həm çap, həm də elektron formatda olacaq.

Milli.Az