Bakıda dava zamanı gənc oğlan bıçaqlanıb

20 May 2022 09:30

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, 1990-cu il təvəllüdlü Ədilov Nicat Qalib oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az