Yol qəzasında ər və arvad ağır xəsarət alıb

20 May 2022 08:59

Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, sürücü, 1956-cı il təvəllüdlü Həsənov Cəsarət Abbasqulu oğlu avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı C.Həsənov və həyat yoldaşı, 1959-cu il təvəllüdlü Cəfərova Nəzakət Ənvər qızı xəsarət alıb.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralılara sol bazu sümüklərinin sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az