Bakıda avtomobil 70 yaşlı qadını vurub

20 May 2022 08:49

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1952-ci il təvəllüdlü Nəcəfova Mirvari Hüseyn qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün və sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az