Poqba "Mançester Siti"yə niyə keçmədi?

20 May 2022 08:00

"Mançester Yunayted"in və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba "Mançester Siti"yə keçməkdən imtina edib.

Trend xəbər verir ki, bu barədə "The Times" qəzeti yazır.

Nəşr iddia edir ki, 28 yaşlı yarımmüdafiəçi "şəhərlilərin" düşərgəsinə keçməyə çox yaxın olub, hətta müqavilə belə razılaşdırılıb. Lakin Poqba son anda "qırmızı şeytanlar" azarkeşlərinin reaksiyasından çəkinərək fikrini dəyişib və "Siti"yə keçməyib.

Poqba "Mançester Siti" ilə əlaqə saxlayaraq "Yunayted"dən ayrılacağı təqdirdə İngiltərədən kənarda oynayacağını bildirib. Məlumata görə, Turin "Yuventus"u futbolçunun geri dönüşündə maraqlıdır.

Poqbanın "Mançester Yunayted"lə müqaviləsi 30 iyun 2022-ci ildə başa çatacaq. O, "qırmızı şeytanların" heyətində 2016-cı ildə oynamağa başlayıb.

Milli.Az