Bakıda 31 yaşlı kişini avtomobil vurub

20 May 2022 07:55

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Cabbarov Bəxtiyar Qabil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az