Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

20 May 2022 07:45

Bakının Sabunçu rayonunda kütləvi dava zamanı bıçaqlanma baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Nahid Qalib oğlu və Süleymanov Elçin Hidayət oğlu kütləvi dava zamanı bıçaqlanıb.

Yaralılar dərhal xəstəxanaya aparılıb.

Elçin Süleymanovun vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az