Mingəçevirdə 68 yaşlı qadının meyiti aşkarlanıb

19 May 2022 22:37

Mingəçevirdə 68 yaşlı qadının meyiti aşkarlanıb.

Milli.Az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) xəbər verir.

Belə ki, mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Muradova Həqiqət Kamal qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az