Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 30 illiyi münasibətilə təntənəli yubiley konserti keçiriləcək

19 May 2022 17:48

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 30 illiyi münasibətilə təntənəli yubiley konserti keçiriləcək. 25 may saat 17.00 tarixində Dövlət Uşaq Filarmoniyası yubiley konserti ilə çıxış edəcək. Konsertdə "Şəms" uşaq xoru, Vokal sinfi, "Musiqili Uşaq Teatrı", müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, "Sədəf" xalq çalğı alətləri ansamblı və solistləri maraqlı və rəngarəng musiqi nömrələrilə çıxış edəcək. Bundan başqa "Bacarıqlı əllər" rəsm dərnəyinin sərgisi də nümayiş olunacaq.

Proqramda Azərbaycan, Rus və Qərbi-avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnı və rəqsləri səslənəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az