Türkiyə ordusu Suriyada 19 terrorçu zərərsizləşdirib

19 May 2022 20:45

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi "Fərat qalxanı" və "Zeytun budağı" antiterror əməliyyatları bölgəsində 19 terrorçu zərərsizləşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, türkiyəli hərbçilər bölgədə hücum hazırlığında olan PKK mənsublarının qarşısını alıb.

Nazirlik Suriyanın şimalında əməliyyatların davam etdirildiyini bildirib.

Milli.Az