"Şadlıq evi olan ilk müğənniyəm, fonoqramı da mən yaratmışam"

19 May 2022 20:37

Müğənni Cavad Rəcəbov Azərbaycanda ilk şadlıq sarayı açan ifaçı olduğunu iddia edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda "Səhər mərkəzi" proqramında danışıb. O bildirib ki, fonoqramı da musiqi aləminə o gətirib:

"Azərbaycanda şadlıq sarayı olan ilk müğənniyəm. İlk dəfə şəxsi studiyanı mən açmışam. İlk dəfə diceylik də mən etmişəm. Fonoqram yaratdım. Deməmişdim, fonoqramı toyda etsinlər. Demişdim, dağın döşündə oxuyanda edin. 1970-ci illərdə ərəblərlə, türklərlə fonoqram oxuyurdum".

Milli.Az