Mane "Liverpul"u bu kluba dəyişir

19 May 2022 19:37

"Liverpul" futbolçusu Sadio Mane karyerasını Fransada davam etdirməyə yaxındır.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, PSJ 30 yaşlı seneqallı hücumçunu heyətinə qatacaq. Paris klubu yayda "merisaydlılar"la danışıqlar masasına oturacaq. Afrikalı forvardın İngiltərə nəhəngi ilə sözləşməsi 2023-də başa çatır.

Qeyd edək ki, Mane 2016-cı ildən "Liverpul" forması geyinir.

Milli.Az