25 yaşa qədər ən yüksək maaş alan idmançılar - SİYAHI

19 May 2022 19:07

"Forbes" 25 yaşa qədər ən çox maaş alan idmançıların adını açıqlayıb.

Milli.Az lent.az-a istinadla bildirir ki, nəşrin saytında yerləşdirilən reytinqə görə

Coş Allen 2022-ci ildə ən çox maaş alan gənc idmançıdır. O,  Milli Futbol Liqasının "Buffalo Bills" komandasındakı çıxışı ilə tanınır. Onun qazancı 67 milyon dollar qiymətləndirilir.

İkinci yerdə 24 yaşlı yapon tennisçi Naomi Osaka (59,2 milyon dollar) qərarlaşıb.
Üçüncü sırada "Formula 1"də yarışan Hollandiyadan olan pilot Maks Verstappendir. Onun gəliri 48 milyon dollar olub.

Reytinqdə ilk dəfə olaraq bir neçə boks görüşü keçirmiş "YouTube" ulduzu Ceyk Pol da yer alıb. 38 milyon dollarla yeddinci yerdə qərarlaşıb.

Mayın 12-də Forbes dünyanın ən çox qazanan idmançısının adını açıqlayıb. Reytinqə gəliri 130 milyon dollar qiymətləndirilən argentinalı futbolçu Lionel Messi başçılıq edir.

Milli.Az