Bakıda göydən yağış əvəzinə niyə palçıq yağır? - VİDEO

19 May 2022 17:07

Mayın ilk yarısında yağan yağış quraqlıq dövründə əkin sahələri üçün göydən düşmə oldu. Ekspertlər bu yağışa görə məhsulun bol olacağından xəbər verdilər. Amma həmin yağış paytaxtda avtomobil və obyekt sahiblərinin yadında daha çox palçıq yağışı kimi qaldı. Bəs göydən yağış əvəzinə niyə palçıq yağır? Bunun səbəbi ekoloji çirklənmədirmi? 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, may ayının ilk yarısını yaşasaq da, yağışlı havalar səngimək bilmir. Sonuncu dəfə yağan yağış isə, özüylə aydınlıq əvəzinə, palçıq gətirdi. 

Bəs palçıqlı yağışın səbəbi nədir. Sualımızı Milli Elmlər Akademiyanın İqlim şöbəsinin aparıcı elmi işçisi Həsən Nəbiyev cavablandırdı. 

İqlimşünas alim bildirdi ki, palçıqlı yağışların yağmasının ekoloji çirklənməylə əlaqəsi yoxdur. Çünki Azərbaycanda ətraf mühitin çirklənməsi ilə bağlı ekoloji durum qənaətbəxşdir.

Milli.Az