Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar edib

19 May 2022 12:07

İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar edib.

Trend bu barədə Ermənistan KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, mayın 19-da səhər saatlarında polisə yaşayış binasının həyətində kişi meyitinin tapılması barədə məlumat daxil olub.

Araşdırmalar nəticəsində onun 32 yaşlı təhlükəsizlik xidməti kapitanı olduğu müəyyən edilib.

Həmin şəxsin özünü altıncı mərtəbədən ataraq intihar etdiyi deyilir.

Milli.Az