Almaniya Kansleri: “Rusiya bu müharibədə qalib gəlməməlidir”

19 May 2022 12:22

Almaniya Kansleri Olaf Şolts Ukraynadakı müharibəni Avropa İttifaqının (Aİ) tarixində üzləşdiyi ən böyük böhran adlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kansler Şolts Bundestaqda çıxışında bildirib.

Şolts Ukraynadakı müharibəni tarixdə dönüş nöqtəsi adlandırıb.

O, Aİ-yə üzv dövlətlərin əvvəllər olduğu kimi, indi də həmrəyliklə bu böhrana qarşı dayanacağını bildirib.

"Kənardan təzyiqlər nə qədər çox olursa, biz Avropa İttifaqı olaraq bir o qədər gücümüzü birləşdirib birlikdə hərəkət edirik. Hamımız bir hədəfi paylaşırıq: Rusiya bu müharibədə qalib gəlməməlidir, Ukrayna qalib gəlməlidir.

Qəddar hücuma məruz qalan ölkənin özünü müdafiə etmək üçün köməyə ehtiyacı var və bunu eskalasiya adlandırmaq olmaz", - Şolts vurğulayıb.

Milli.Az