Futbolçu qızın evdə meyiti tapıldı

19 May 2022 18:00

Polis "Kanzas Ceyhoks"un keçmiş oyunçusu Reyqan Qibbsi öz mənzilində ölü tapıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, polis tələbə komandasının keçmiş futbolçusunun qətldə şübhəli bilinən ərini saxlayıb. İlkin versiyaya görə, məişət zorakılığı faciəyə səbəb ola bilər. Cütlük münasibətlərini 2021-ci ilin payızında rəsmiləşdirib.

Qibbs 2015-2018-ci illərdə "Kanzas Ceyhoks"da çıxış edib. Amerikalı qapıçı kimi oynayıb və tələbə komandasının tarixinə düşüb. Qibbs, orta hesabla, digər komanda qapıçılarına nisbətən daha az qol buraxıb.

Milli.Az