İrəvanda aksiyalar yenidən başlayıb

19 May 2022 11:04

Cümə axşamı səhər müxalifət İrəvanda vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.

Bu haqda Milli.Az Ermənistan mətbuatına istinadən bildirir.

Fəallar bir çox küçə və meydanlarda toplaşıb.

Fəal qruplar Qaregin Njde meydanı, Komitas prospekti və Nor Nork inzibati rayonundan mərkəzə doğru hərəkət ediblər.

Müxalifət tərəfdarları "Nikolsuz Ermənistan", "Satqın, get" şüarları səsləndirirlər.

Artıq fəallar şəhərin mərkəzindəki Maştots prospektini, eləcə də Ajapnyak inzibati rayonundakı Markaryan küçəsini bağlayıblar.

Saat 19:00-da Fransa meydanında yenidən mitinq olacaq.

Aslan Məmmədov
Milli.Az