Daha bir rus jurnalist ölkəsini tərk etdi

19 May 2022 11:45

Rusiyalı jurnalist İvan Zasurski ölkəsini tərk edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Feysbuk hesabında bildirib.

O, 16 il çalışdığı Moskva Dövlət Universitetinin kafedra müdiri postunu tərk edib və Rusiyadan köçüb.

Rusiyalı jurnalist ölkəni həmfikir ola biləcəyi insanları tapmaq istəyi və iqlim kommunikasiyaları sahəsində irəli doğru addım atmaq üçün tərk etdiyini bildirib.

Milli.Az