Məşhur serial bu tarixdə final edəcək

19 May 2022 10:22

Türkiyənin "Fox" kanalında yayımlanan "Evlilik hakkında her şey" serialının final tarixi bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, reytinqlərdə geriləyən ekran işi mayın 31-də 33-cü bölümüyülə izləyicilərə vida edəcək.

Qeyd edək ki, serialın baş rollarını Gökçe Bahadır, Barış Kılıç, Sumru Yavrucak, Gökçe Eyüboğlu, Tülin Ece, Serkan Altunorak, Erdal Küçükkömürcü, Bertan Asllani və Alara Turan paylaşır.

Milli.Az