Filadelfiyada atışma olub, yaralılar var

19 May 2022 09:30

ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) atışma baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli polis şöbəsinə istinadən "CBS" telekanalı məlumat yayıb.

Məlumata əsasən, atışma nəticəsində 5 nəfər yarlanıb. Onlardan 3-nün vəziyyəti ağırdır, biri 14 güllə yarası alıb.

Bildirilir ki, insidentlə əlaqədar iki nəfər saxlanılıb. Digər təfərrüatlar barədə məlumat verilmir.

Milli.Az