"Mercedes"ini şəhər boyu evakuatorda gəzdirdi: “Markanın qüsurudur” - VİDEO

19 May 2022 15:15

Türkiyənin Antalya şəhərində avtomobili nasaz olduğundan sürə bilməyən şəxs qəribə üsula əl atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, beş il əvvəl aldığı lüks avtomobilinin xarab olduğu üzə çıxdıqdan sonra Mustafa Aydemir onu evakuatora qoyaraq şəhərboyu "gəzdirib".

O, avtomobilinin üstünə "markanın qüsurlu məhsuludur, beş ildir, yatır" yazısı yapışdırıb.

"Maşınla gəzə bilmirəm, heç olmasa, evakuatorla onu gəzdirim", - deyə avtomobilin sahibi hərəkətini əsaslandırıb.

Milli.Az