Bakıda kütləvi dava olub, xəsarət alan var

19 May 2022 08:09

Bakıda kütləvi dava olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

B.Çobanzadə küçəsində bir neçə nəfər arasında baş verən hadisə zamanı 1966-cı il təvəllüdlü Abbasov Eldəniz Elman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az