Rusiyada illik inflyasiya 17,8 faizədək artıb

19 May 2022 08:33

Rusiyada illik inflyasiya aprel ayında 1,14 faiz artaraq 17,8 faizə qədər artıb, aylıq qiymət artımı 1,5 faiz təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank - red.) açıqlamasında deyilir.

"Apreldə illik inflyasiya 1,14 faiz bəndi artaraq 17,8 faizə çatıb. Rublun möhkəmlənməsi və tələbatın azalmasının təsirləri ilə ay ərzində həftəlik qiymət artımı zəifləyib və ümumilikdə aprel ayında istehlak qiymətləri 1,5 faiz artıb", - deyə açıqlamada bildirilir.

Milli.Az