Blinkenlə Çavuşoğlunun görüşü başlayıb

18 May 2022 22:55

ABŞ dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, görüşün əsas mövzuları Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyi, eləcə də Ankaraya mümkün F-16 qırıcıları tədarükü olacaq.

Çavuşoğlu görüşdən əvvəl bildirib ki, Türkiyə NATO-nun "açıq qapı" siyasətini hər zaman dəstəkləyir. Bununla belə, nazir ölkəsinin Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı narahatlığının olduğunu bildirib.

Milli.Az