Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqəsinin Final gecəsi baş tutdu - FOTO

18 May 2022 17:22

Bakı Gənclər Mərkəzində Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqəsinin Final gecəsi baş tutdu. 

Digər illərdən fərqli olaraq müsabiqə gənclərə dəstək siyasətinə uyğun olaraq Final gecəsini izləmək üçün qonaqlara  açıq qapı elan edilmişdi. 
Final gecəsində iştirakçılar 2 tura əsasən münsiflər heyəti tərəfindən qiymətləndirildilər.
Münsiflər heyətinə daxil idilər: 
Azər Dadaşov - bəstəkar,  Azərbaycan Respublikasının xalq artisti, Humay mükafatının laureatı.
Nərgiz Babayeva - Bakı Gənclər Mərkəzinin direktoru,  Fərid Allahverdiyev -  Kapoeira idman növu üzrə dünya çempionu, Anar Səfərov - Azərbaycan Brasiliya Juijutsu Federasiyasının Vitse Prezidenti, Qarabağ Brasiliya BJJ Akademiyasının rəhbəri, Anelya Orduxanova -  Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqələrinin təsisçisi və baş təşkilatçısı,  yazıcı, publisist, jurnalist, qızıl qələm və Azərbaycan bayrağı mükafatlarının sahibi, Xanım Əliyeva - III Vice Miss Azerbaijan 2017, Miss Bahar of Azerbaijan 2017, Miss  Popular of Azerbaijan 2017 nominasiyalarının sahibi, Miss Baku 2015, Dizayner-rəssam Elvira Quliyeva, Valeriya Konkina - Azərbaycan Dövlət Rəqs Ansamblının artisti, Nigar Əliyeva - Türkiyədən təşrif buyurmuş peşəkar dizayner, rəssam 
Final gecəsində müxtəlif musiqili qonaqlar  öz ifaları ilə qonaqların istirahət etməsi və əylənməsinə kömək etdilər. 
İştirakçılar 1 -ci turda Kəjual Sport ( Bəylər ) və Kokteyl ( xanımlar), 2-ci turda isə klassik ( bəylər) və ziyafət ( xanımlar) geyimlərdə  podiumda çıxış etdilər. 
2 turun nəticələrinə əsasən "Miss Azerbaijan 2022"  Nurlana Vəliyeva  və Mister Azerbaijan 2022  İsa Ələkbərov seçildilər. 
Digər nominasiyalar: 
Miss Photomodel of Azerbaijan 2022 - Fatimə Bəşirova 
Miss Super Model of Azerbaijan 2022 - Alyana Qədimli 
Miss Baku 2022 - Nigar İsmayılova 
III Vice Miss   of Azerbaijan 2022 - Nübar Kərimli 
II Vice Miss of Azerbaijan 2022 - Isana Həsənli 
1 Vice Miss of Azerbaijan 2022 - Natalya Qorobec
Mister Style of Azerbaijan 2022 - Raul Rəhimov 
Mister Photomodel of Azerbaijan 2022- Rüstəm Cəbiyev 
Mister Supermodel of Azerbaijan 2022-  Ağaqulu Cəfərov 
Mister Baku 2022 - Yaqub Fərziyev 
III Vice Mister of Azerbaijan 2022 - Eyyub Hüseynquliyev  
II Vice Mister of Azerbaijan 2022 - Rəşad Mehdili 
I Vice Mister of Azerbaijan 2022 - Mahmud Həsənov 

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.Az, Azernews.az