Belqorod atəşə tutulur - FOTO

18 May 2022 17:26

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bölgədəki kəndlərdən birinin Ukraynadan atəşə tutulduğunu bildirib.

Milli.Az bildirir ki, bu barədə Qladkov Telegram-da yazıb.

Məlumata görə, Belqorod vilayətinin Soloxi kəndi Ukraynadan atəşə tutulub, nəticədə bir nəfər yaralanıb, dağıntılar var.

Xatırladaq ki, Qladkov mayın 17-də Ukraynanın Bezimeno kəndini atəşə tutmasından yazmışdı.

Aslan Məmmədov
Milli.Az