Rusiya Ukraynada "Zadira" lazer kompleksindən istifadə edir

18 May 2022 20:15

Rusiya Ukraynada keçirdiyi xüsusi əməliyyatda lazer silahlarından, xüsusən 5 kilometrə qədər məsafədə hədəfi vura bilən "Zadira" lazer sistemindən istifadə edir.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Birinci Kanalın efirində baş nazirin müavini Yuri Borisov bildirib.

"Lazer silah komplekslərinin ilk nümunələri artıq istifadə olunur", - deyə baş nazirin müavini kompleksin Zadira adlandığını bildirib.

Aslan Məmmədov
Milli.Az