Rusiyanın zirehli qatarı partladılıb

18 May 2022 15:48

Ukrayna partizanları Zaporojyenin Melitopol şəhərində Rusiyanın zirehli qatarını partladıb.

Milli.Az report-a istinadən bildirir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, dəmiryoluna ziyan dəyib. Zərərsizləşdirilən Rusiya hərbçilərinin sayı dəqiqləşdirilir.

Məlumata görə, hadisə əraziyə rusiyalı general-mayor gələrkən baş verib. Bir müddət əvvəl Melitopolda iki nəfərin meyiti aşkarlanıb. Həmin meyitlərin yüksək vəzifəli rusiyalılara aid olduğu bildirilib.

Partlayışı Ukrayna diversiya qrupunun törətdiyi ehtimal olunur.

Xatırladaq ki, Melitopol Rusiya hərbçilərinin nəzarəti altındadır. Bildirilib ki, Rusiya hərbçilərinin özlərini rahat hiss etməməsi üçün ukraynalı partizanlar şəhərdə tez-tez partlayışlar törədirlər.

Milli.Az