Rusiyada azərbaycanlı "media kralı" vəfat etdi - FOTO

18 May 2022 15:18

Rusiyada azərbaycanlı media rəhbəri vəfat edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu ölkənin Sibir regionunda  bir neçə media şirkətinin təsisçisi və prezidenti İsmayıl Süleymanov uzun sürən xəstəlikdən sonra 56 yaşında dünyasını dəyişib.

Məlumata görə, Süleymanov "Siqma Yamal-Kontinent" , "Siqma TV", "Yamalkom", "S-Media",  "Severnıy Dom",  "Siqma reklam" kimi internet televiziya, radio, sayt və portalların, habelə nəşriyyatın sahibi idi.

O, regionda media kralı kimi tanınırdı.

Milli.Az