Dneprə raket hücumu: 3 nəfər yaralanıb

18 May 2022 14:08

Dneprdə raket zərbəsi nəticəsində 3 nəfər yaralanıb.

Milli.Az bildirir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Rezniçenko öz Teleqram kanalında məlumat verib.

Administrasiyasının rəhbəri Dneprdə bugünkü raket zərbələri ilə bağlı yenilənmiş məlumat verib.

"Dneprdə raket hücumu nəticəsində üç nəfər yaralanıb. İki qadın və bir kişi. Onların qəlpə yaraları var", - Rezniçenko bildirib.

O, onların hamısının xəstəxanada olduğunu qeyd edib.

Aslan Məmmədov
Milli.Az