BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

18 May 2022 18:24

2022-ci ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 9,173 milyon ton neft nəql olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 79 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 11,611 milyon ton neft nəql edilib.

Yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,575 milyon tondan çox tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz çoxdur.

Milli.Az